Göygöldə çağırışa gedən təcili tibbi yardım briqadası təyziqlə üzləşib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, xəstənin yaxınları həkimlərin gec gəlməsini bəhanə gətirərək təcili tibbi yardım maşınının pəncərəsi sındırıblar.
Həkim briqadası isə çağırışa zəng olunduqdan dərhal sonra çağırış üzrə yola çıxdıqlarını və bir neçə dəqiqə sonra ünvana çatdıqlarını bildirib.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu