Bu restoran sahibləri CƏRİMƏLƏNDİ

Bu restoran sahibləri CƏRİMƏLƏNDİ

Hazırda oxunan: Bu restoran sahibləri CƏRİMƏLƏNDİ

257821

11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində son bir həftə ərzində monitorinqlər keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Bizim.Media-ya bildirib ki, monitorinqlər zamanı “Fidan” şadlıq sarayından, “Rahib”, “Sehirli Təndir”, “Qaynana” və “Kükü” restoranlarından havaya normadan artıq tullantı atıldığı müəyyən edilib.

Faktlarla bağlı sözügedən obyektlərin məsul şəxsləri barəsində protokol tərtib olunaraq hər birinin 2 min 500 manat məbləğində cərimə edilməsi ilə bağlı qanunamüvafiq tədbirlər görülür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO