Peskov həmin kadrlardan danışdı - VİDEO

Peskov həmin kadrlardan danışdı - VİDEO

Hazırda oxunan: Peskov həmin kadrlardan danışdı - VİDEO

257769

“Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin hazırda Azərbaycan Baş prokuroru Kamran Əliyevlə daimi əlaqədədir və tərəflər problemli hesab olunan məsələləri müzakirə edirlər”.

Bizim.Media xəbər verir ki, bu fikirləri “RİA Novosti”yə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda rusiyalı cinayətkarların saxlanılmasının ANBAAN VİDEOSU


Peskov Bakıda saxlanılan Rusiya vətəndaşlarının görüntülərindən də danışıb. O vurğulayıb ki, Rusiya həmin şəxslərin hüquq və maraqlarını qorumaq üçün bütün mövcud imkanlardan istifadə edəcək.

Kremlin sözçüsü qeyd edib ki, Moskva öz vətəndaşlarının müdafiəsi məsələsində prinsipial mövqe tutur və bu məsələdə ardıcıl və qətiyyətli şəkildə davranacaq.

Xatırladaq ki, iyulun 1-də Azərbaycan Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat zamanı İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından ibarət iki mütəşəkkil cinayətkar dəstə saxlanılıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO