Yekaterinburqda işgəncəyə məruz qalanlardan biri artıq Azərbaycana qayıdıb – RƏSMİ

Yekaterinburqda işgəncəyə məruz qalanlardan biri artıq Azərbaycana qayıdıb – RƏSMİ

Hazırda oxunan: Yekaterinburqda işgəncəyə məruz qalanlardan biri artıq Azərbaycana qayıdıb – RƏSMİ

257727

“Rusiyanın Yekaterinburq şəhərində güc strukturlarının hücumuna məruz qalaraq xəsarətlər yetirilmiş şəxslərdən biri artıq Azərbaycana qayıdıb”.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov mətbuat konfransında bildirib.
 

O, işgəncəyə məruz qalmış Azərbaycan vətəndaşının ekspertizadan keçirildiyini və açılmış cinayət işi üzrə ifadəsinin alındığını əlavə edib.


Qeyd edək ki, Azərbaycan vətəndaşlarının və Azərbaycan əsilli şəxslərin Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən işgəncələrə məruz qoyulmaqla iki nəfərin xüsusi amansızlıqla qəsdən öldürülməsi faktı üzrə Azərbaycan baş prokuroru tərəfindən cinayət işi başlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO