Yekaterinburqda soydaşlarımızın ölümünə səbəb olan polislərin FOTOLARI

Yekaterinburqda soydaşlarımızın ölümünə səbəb olan polislərin FOTOLARI

Hazırda oxunan: Yekaterinburqda soydaşlarımızın ölümünə səbəb olan polislərin FOTOLARI

257715

Xəbər verdiyimiz kimi, iyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində OMON-un keçirdiyi əməliyyat zamanı azərbaycanlı Hüseyn və Ziyəddin Səfərov qardaşları amansızlıqla qətlə yetirilib.

Bizim.Media xəbər verir ki, "Evocation" "Telegram" kanalı soydaşlarımızın ölümünə səbəb olan polislərin fotolarını dərc edib.
 

Mənbənin məlumatına görə, sözügedən şəxslər 1984-cü il təvəllüdlü Viktor Poznyak, 1981-ci il təvəllüdlü Nikolay Paçayevets, 1984-cü il təvəllüdlü Rafael Xamidulin və 1990-cı il təvəllüdlü Aleksandr Smirnıxdir.


Onlar ölümcül nəticəyə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə görə məsuliyyət daşıyırlar.

Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO