Uzun illərdir ki, səhərlər dişləri nə vaxt təmizləmək lazım olduğu ilə bağlı mübahisələr aparılır: səhər yeməyindən əvvəl, yoxsa sonra?
Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, bu suala stomatoloq Naida Osmanova cavab verib.
Onun sözlərinə görə, gecə boyu ağızda tüpürcək ifrazı əhəmiyyətli dərəcədə azalır.
Bu isə ağız boşluğunda bakteriyaların çoxalması üçün əlverişli mühit yaradır. Həkimin izahına görə, bu bakteriyalar diş daşlarında mövcud olur, pis qoxuya səbəb olur və hətta səhər yeməyi ilə birlikdə mədəyə düşə bilərlər.
Səhər yeməyindən sonra dişlərini təmizləyənlərə isə həkim yeməkdən sonra yarım saat gözləməyi tövsiyə edib. Çünki meyvələr, şirələr və qəhvə kimi bir çox məhsul turşuluğa malikdir və bu maddələr müvəqqəti olaraq diş minasını yumşaldır.
Əgər səhər yeməyindən dərhal sonra dişləri təmizləsək, mina mexaniki şəkildə zədələnə bilər.
Lakin yarım saat ərzində tüpürcək təbii şəkildə turşuları neytrallaşdırır və mina üzərində pellyukula adlanan nazik qoruyucu təbəqə bərpa olunur. (Ölkə.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:49 / 02.07.2025
Dişlərinizi nə vaxt fırçalamaq lazımdır: səhər yeməyindən əvvəl yoxsa sonra?
Hazırda oxunan: Dişlərinizi nə vaxt fırçalamaq lazımdır: səhər yeməyindən əvvəl yoxsa sonra?
Hazırda oxunan: Dişlərinizi nə vaxt fırçalamaq lazımdır: səhər yeməyindən əvvəl yoxsa sonra?
257699
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.