Bilgəh Kardioloji Sanatoriyasında SON VƏZİYYƏT - FOTO

Bilgəh Kardioloji Sanatoriyasında SON VƏZİYYƏT - FOTO

Hazırda oxunan: Bilgəh Kardioloji Sanatoriyasında SON VƏZİYYƏT - FOTO

257637

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sanatoriya və istirahət mərkəzlərində müasir və rahat şəraitin yaradılması istiqamətində sistemli və ardıcıl tədbirlər həyata keçirilir.

Bu barədə Bizim.Media-ya AHİK-dən məlumat verilib.

Bildirilib ki, Bilgəh Kardioloji Sanatoriyasında da abadlıq işləri aparılaraq şərait yaxşılaşdırılıb.

Bununla əlaqədar konfederasiyanın, Səhiyyə Nazirliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəhbər vəzifəli şəxsləri və Milli Məclisin deputatları sanatoriyada görülmüş işlərlə tanış olublar.

Məlumat verilib ki, sanatoriyanın yeməkxanası, kottecləri, korpus otaqları, eləcə də fəvvarələr təmir edilib, ərazi yaşıllaşdırılıb. Həmçinin sanatoriyada vayfay internet, IP telefoniya və müasir işıqlandırma sistemləri qurulub, təhlükəsizlik kameraları quraşdırılıb. Bununla yanaşı, çimərlik sahəsində də abadlıq işləri aparılıb.

Sanatoriyada tibbi müalicə və qidalanma prosesi müasir sanatoriya konsepsiyasına uyğun şəkildə təşkil olunur.
 

Tədbir iştirakçıları sanatoriyanın ərazisini gəzib, yaradılmış müalicə və istirahət şəraiti ilə tanış olublar.


Qeyd edək ki, 17,5 hektar ərazidə yerləşən Bilgəh Kardioloji Sanatoriyası 316 çarpayılıqdır. Profili ürək və qan-damar sistemi xəstəlikləri olan sanatoriya ilboyu fəaliyyət göstərir. 2025-ci il yanvarın 1-dən iyunun 30-dək 2 min 500 həmkarlar ittifaqı üzvü sanatoriyanın xidmətlərindən yararlanıb. Bu da 2024-cü ilin müvafiq dövrünə nisbətən 2,3 dəfə çoxdur.






































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO