Tahir Tahiroviç Naxçıvan Televiziyasında tutduğu vəzifədən AYRILDI

Tahir Tahiroviç Naxçıvan Televiziyasında tutduğu vəzifədən AYRILDI

Hazırda oxunan: Tahir Tahiroviç Naxçıvan Televiziyasında tutduğu vəzifədən AYRILDI

257555

Son günlər tanınmış rejissor Tahir Tahiroviçin "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" QSC-dən ayrılması ilə bağlı yayılan məlumatlar müzakirə mövzusuna çevrilib.

Məsələni dəqiqləşdirmək üçün rejissorun özü ilə əlaqə saxladıq. Tahir Tahiroviç Bizim.Media-ya açıqlamasında bildirib ki, Naxçıvan televiziyasının Bakı bürosunun rəhbəri vəzifəsindən şəxsi istəyilə ayrılıb:

“Bəli, televiziyadakı vəzifəmdən öz təşəbbüsümlə ayrıldım. Bu müddət ərzində birlikdə çalışdığım hər kəsə uğurlar arzulayıram. Hazırda Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və kinorejissor kimi fəaliyyətimi davam etdirir, film layihələri üzərində işləyirəm”, – deyə o bildirib.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO