Bəd nəzərin təsir etmədiyi 4 BÜRC

Bəd nəzərin təsir etmədiyi 4 BÜRC

Hazırda oxunan: Bəd nəzərin təsir etmədiyi 4 BÜRC

257528

Xalq arasında yayılmış inanclara görə, bəzi bürclər digərlərinə nisbətən nəzərə qarşı daha dözümlü və qorunan sayılır. Bu inanclar əsasən bürclərin xarakter xüsusiyyətləri ilə əlaqələndirilir.

Bizim.Media xəbər verir ki, həmin bürcləri təqdim edir:

Məsələn, Oğlaq bürcü soyuqqanlı və emosiyalarını gizlətməyi bacardığı üçün nəzərə az məruz qalır. Buğa sabit və təmkinli təbiəti ilə mənfi enerjini “udaraq” özünü qoruyur. Qız bürcü isə ehtiyatlı və analizçi yanaşması ilə diqqəti üzərinə çəkməkdən yayındığına görə nəzərə qarşı daha dayanıqlı sayılır.

Bəzi inanclarda isə Qoç bürcünün nəzərə gəlmədiyi bildirilir. Onların güclü iradəsi, daxili enerjisi və özünəinamı mənfi təsirləri tez dəf etməyə kömək edir. Qoçlar çox zaman öz yolları ilə getdiyindən və başqalarının fikrinə çox da əhəmiyyət vermədiyindən nəzər onlara işləməz deyilir.

Digər tərəfdən, Şir, Balıqlar və Əkizlər kimi emosional və diqqətçəkən bürclərin tez-tez nəzərə gəlməsi də xalq inanclarında yer alır.

Qeyd edək ki, bu fikirlər elmi əsaslara deyil, folklor və xalq müşahidələrinə söykənir. Buna baxmayaraq, bir çox insan gündəlik həyatında bu inancdan çıxış edir. (News24.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO