Rusiyada öldürülən Səfərov qardaşları dəfn edildi - FOTO

Rusiyada öldürülən Səfərov qardaşları dəfn edildi - FOTO

Hazırda oxunan: Rusiyada öldürülən Səfərov qardaşları dəfn edildi - FOTO

257518

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovlarla Ağcabədi rayonunun Hacıbədəlli kəndində keçirilən vida mərasimi başa çatıb.

Bizim.Media xəbər verir ki, mərhumlar Hacıbədəlli kənd qəbiristanlığında dəfn olunublar.

Dəfndə mərhumların ailə üzvləri, doğmaları, Ağdam və Ağcabədi rayonlarının ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, hadisə ötən ayın 27-də səhər saatlarında baş verib. Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın təşkil edib. Əməliyyat zamanı Ziyəddin və Hüseyn Səfərov öldürülüb, bir neçə nəfər isə saxlanılıb.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO