Magistratura üzrə ixtisaslaşma seçimi başlayır – BU TARİXDƏN

Magistratura üzrə ixtisaslaşma seçimi başlayır – BU TARİXDƏN

Hazırda oxunan: Magistratura üzrə ixtisaslaşma seçimi başlayır – BU TARİXDƏN

257506

Növbəti həftə magistraturaya ixtisaslaşma seçimi başlayır.

Bu barədə Bizim.Media-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar 7 – 13 iyul 2025-ci
il tarixlərində seçim etməlidirlər:
 

“İştirakçıların nəzərinə çatdırırıq ki, ali təhsil müəssisələrinin magistraturalarına ixtisaslaşma seçimi zamanı istifadə olunan magistratura ixtisaslaşmalarının bakalavr ixtisaslarına uyğunluq cədvəlinin (“Magistr” №3, 2025) son variantını (pdf formatda) www.abiturient.az saytından və ya DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərlər.


Xidmətə keçid: //eservices.dim.gov.az/ejurnal 

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul üçün ixtisaslaşma seçimi haqqında elan və qəbul planı isə bu həftə ərzində “Magistr” №4 jurnalında dərc olunacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO