Qohum evliliklərinə qadağadan bir ay əvvəl REKORD SAY – ÖZƏL AÇIQLAMA

Qohum evliliklərinə qadağadan bir ay əvvəl REKORD SAY – ÖZƏL AÇIQLAMA

Hazırda oxunan: Qohum evliliklərinə qadağadan bir ay əvvəl REKORD SAY – ÖZƏL AÇIQLAMA

257502

Bu ilin iyun ayında qohumlar arasında 460 nikah qeydə alınıb.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ötən il iyun ayında isə 134 qohum evliliyi baş verib.

Qeyd edək ki, bioloji qohumluğu olan şəxslər arasında cari ilin yanvar ayında 252, fevral ayında 131, mart ayında 176, aprel ayında 139, may ayında 271 nikah qeydə alınıb.

2024-cü ilin yanvar ayında isə 155, fevral ayında 113, mart ayında 116, aprel ayında 111, may ayında isə 121 belə nikah rəsmiləşdirilib.

Xatırladaq ki, Ailə Məcəlləsinə edilən dəyişikliyə görə,bu gündən qohumlar arasında nikahın bağlanması ləğv olunur. Yəni ümumi bioloji baba və nənəsi eyni olanlar, bacı, qardaş, əmi, dayı, xala, bibi uşaqları arasında nikahların bağlanması qanunla qadağan edilir.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO