Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli daha bir “jurnalist” SAXLANILDI

Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli daha bir “jurnalist” SAXLANILDI

Hazırda oxunan: Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli daha bir “jurnalist” SAXLANILDI

257477

Azərbaycanda Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli daha bir “jurnalist” saxlanılıb.

Bizim.Media xəbər verir ki, RIA Novosti-yə “Ruptly” tərəfindən verilən məlumata görə, saxlanılan şəxs “Ruptly” media şirkətinin əməkdaşı və redaktorudur.

Rusiya mətbuatı xəbər verir ki, saxlanılan şəxs Aytəkin Hüseynovadır.Onun Rusiya və Azərbaycan vətəndaşı olduğu qeyd edilir.
 

A. Hüseynova guya Bakıya şəxsi məqsədlər üçün gəldiyini bildirib.


Onun redaksiya ilə razılaşdırılmış şəkildə, FSB-nin qeyri-rəsmi əməkdaşları kimi tanınan və Sputnik-də çalışan şəxslərin saxlanıldığı yerə getdiyi və mobil telefonla çəkiliş apardığı bildirilir.

Rusiya hakimiyyətinə yaxın KİV-lər yazır ki, onun anası artıq qızının polis idarəsində olduğunu təsdiqləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO