50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19-a qarşı tam peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi (bundan sonra – COVİD-19 pasportu) olmalıdır.
Bizim.Media xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarında bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Toyda iştirak edəcək qonaqların sayı "icaze.e-gov.az” portalına daxil ediləcək
Qərara əsasən şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələb olunmur.
Bizim.Media