Şamaxıda kürəkənin qayınatasını öldürməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Şamaxıda kürəkənin qayınatasını öldürməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Şamaxıda kürəkənin qayınatasını öldürməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

257331

Xəbər verdiyimiz kimi, Şamaxıda 31 yaşlı Əliyev Teymur Vüqar oğlu ailə münaqişəsi zəminində qayınatası 54 yaşlı Quliyev Elşən Seyfi oğluna bıçaqla xəsarət yetirib.

Məsələ ilə bağlı Bizim.Media-nın yerli bürosunun sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, iyunun 29-da Şamaxı şəhəri ərazisində Elşən Quliyevin almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
 

İlkin araşdırmalarla Teymur Əliyevin iyunun 29-da saat 23 radələrində şəhərin Xətai və Füzuli küçələrinin kəsişməsində aralarında yaranmış mübahisə zamanı qayınatası Elşən Quliyevə bıçaqla xəsarətlər yetirməsi nəticəsində sonuncunun yerləşdirildiyi xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.  


Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Teymur Əliyev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO