Yekaterinburqda qətlə yetirilən soydaşlarımızın nəşi bu axşam Bakıya GƏTİRİLƏCƏK

Yekaterinburqda qətlə yetirilən soydaşlarımızın nəşi bu axşam Bakıya GƏTİRİLƏCƏK

Hazırda oxunan: Yekaterinburqda qətlə yetirilən soydaşlarımızın nəşi bu axşam Bakıya GƏTİRİLƏCƏK

257326

Yekaterinburqda amansızlıqla qətlə yetirilən azərbaycanlıların cəsədləri bu axşam Bakıya gətiriləcək. 

Bizim.Media xəbər verir ki, bu barədə apa.az-a qardaşları Rusiya Federasiyasının Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti tərəfindən keçirilmiş əməliyyat zamanı öldürülən Seyfəddin Hüseynli məlumat verib.
 

“Azərbaycan Respublikasının Yekaterinburqdakı Baş Konsulluğu tərəfindən verilən son məlumata əsasən, bu gün saat 17:30-da Bakı vaxtı ilə qardaşlarım Hüseyn və Ziyəddin Səfərovların cəsədləri olan təyyarə havaya qalxacaq. Əgər hər hansı bir dəyişiklik baş verməsə, təyyarə saat 20:25-də Bakıya enəcək”, – deyə Seyfəddin Hüseynli bildirib.


Heydər Əliyev Beynəlxalq Hava Limanının mətbuat xidmətindən bildirilib ki, cəsədlər UTair aviaşirkətinə məxsus təyyarə ilə Azərbaycana gətiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO