Ağdam rayonunun Papravənd kəndi ərazisində minaya düşən şəxsin son vəziyyəti açıqlanıb.
Bizim.Media xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) oxu.az-a bildirilib ki, iyunun 30-da, saat 1:50-də Ağdam rayonunda baş verən mina partlayışı səbəbi ilə xəsarət alan şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
"1988-ci il təvəllüdlü şəxsə (kişi cinsli) sağ ayaq pəncəsinin travmatik amputasiyası diaqnozu təyin edilib və cərrahi əməliyyat edilib.
Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir", -deyə məlumatda bildirilir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:45 / 30.06.2025
Ağdamda minaya düşən polis əməkdaşının SON DURUMU
Hazırda oxunan: Ağdamda minaya düşən polis əməkdaşının SON DURUMU
Hazırda oxunan: Ağdamda minaya düşən polis əməkdaşının SON DURUMU
257318
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.