“Quska” ilə bağlı hökm qüvvəyə mindi

“Quska” ilə bağlı hökm qüvvəyə mindi

Hazırda oxunan: “Quska” ilə bağlı hökm qüvvəyə mindi

257306

Keçmiş deputat Hüseyn Abdullayevlə bağlı 9 illik yeni həbs cəzasını nəzərdə tutan hökm qanuni qüvvəyə minib.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi hökmdən verilmiş şikayətlə bağlı yekun qərarını açıqlayıb.
 

Məhkəmə “Quska” barəsindəki hökmü qanunauyğun hesab edib. Qərara əsasən, apellyasiya şikayəti rədd edilib.


Xatırladaq ki, Hüseyn Abdullayev 2018-ci ildə qanunsuz sahibkarlıq, dələduzluq və başqa cinayətlərdə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.

O, ötən il cəza müddətinin başa çatmasına az qalmış yeni müəyyən edilmiş faktlara əsasən təkrar cinayət məsuliyyətinə cəlb edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 fevral 2025-ci il tarixli hökmü ilə “Quska” cinayət yolu ilə qazanılmış pulları leqallaşdırmaqda təqsirli bilinərək yenidən 9 il müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO