Az maaş, çox tələb: Gənclər niyə iş tapa bilmir? - VİDEO

Az maaş, çox tələb: Gənclər niyə iş tapa bilmir? - VİDEO

Hazırda oxunan: Az maaş, çox tələb: Gənclər niyə iş tapa bilmir? - VİDEO

257264

“Hər il Azərbaycanda universitetləri on minlərlə gənc bitirir. Məzun olduqları üçün sevinirlər.

Nəhayət hər gün dərsdə oturmaq, ağır imtahanlara hazırlaşmaq dərdi bitir. Əslində isə ən ağır imtahan hələ qarşıdadır. İş tapmaq. 4-5 il universitet oxu, gözün kitablardan ayrılmasın, sonda isə başın iş axtarmağa qarışsın”.

Bizim.Media xəbər verir ki, bu fikirlər İctimai TV-də yayımlanan “Yekun xəbər” proqramında yer alıb.

Aparıcının sözlərinə görə, hələ üstəlik bu məzunların bəziləri universitetə çox yüksək balla qəbul olub bitirənlərdir:

“Bəs niyə gənclərə iş tapılmır? Araşıdrmamızdan məlum oldu ki, bunun bir neçə səbəbi var.

Məsələ burasındadır ki, istənilən işəgötürən daha təcrübəli işçi axtarır. Təcrübəsi az və ya heç olmayan kiməsə şans verən iş yerləri olduqca azdır. Onlar da təcrübəsiz gəncə aşağı maaş təklif edir. Bu isə o gənclərin heç yol pulunu da qarşılamır. Bəs nə etməli?”.

Daha ətraflı süjetdə:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO