Emin Ağalarovun musiqi festivalından çıxarılan rus məşhurların SİYAHISI

Emin Ağalarovun musiqi festivalından çıxarılan rus məşhurların SİYAHISI

Hazırda oxunan: Emin Ağalarovun musiqi festivalından çıxarılan rus məşhurların SİYAHISI

257252

Xəbər verdiyimiz kimi, "DREAM FEST 2025" beynəlxalq musiqi festivalı iyulun 23-dən 26-dək yenilənmiş proqramla keçiriləcək. Bununla bağlı Xalq artisti Emin Ağalarovun paylaşımında deyilir ki, bu gün tədbirin proqramında dəyişikliklər ediləcək.

Bizim.Media xəbər verir ki, siyahıda Rusiyanın məşhur simaları yer alır. Belə ki, səhnə alması planlaşdırılan Ani Lorak, Timati, Alsu, Yeqor Krid, Artık Asti, İrina Dubtsova, Klava Koka, Mona və İvka kimi ulduzlar festivaldan kənarlaşdırılıb.

Onlarla bağlı paylaşımlar "Dream Fest"in sosial media hesablarından silinib.

Həmçinin, qırmızı xalı aparıcılarından Regina Todorenko da siyahıdan çıxarılıb.

Mədəniyyət Nazirliyinin qərarına əsasən, Rusiya Federasiyasının Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən nümayişkarcasına törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməlləri və bütövlükdə son dövrlərdə bu kimi hallar sistematik xarakter alıb.

Bu baxımdan Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və s. ləğv edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO