Lənkəranda istirahət mərkəzinin müdiri BIÇAQLANDI

Lənkəranda istirahət mərkəzinin müdiri BIÇAQLANDI

Hazırda oxunan: Lənkəranda istirahət mərkəzinin müdiri BIÇAQLANDI

257191

Lənkəran şəhərində bıçaqlanma hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə səhər saatlarında şəhərin "Böyük Bazar" adlanan ərazisində qeydə alınıb.

Məlumata görə, Lənkəran rayonunun Osaküçə kəndində yerləşən “Pambayi” istirahət mərkəzinin müdiri, 1977-ci il təvəllüdlü Firad Səyad oğlu Həbibov bıçaq xəsarətləri alıb.
 

Ona ümumilikdə beş bıçaq zərbəsi endirilib. Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ilkin tibbi yardım göstərildikdən sonra cərrahi əməliyyata götürülüb.


Hazırda faktla bağlı araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO