Dövlət Gömrük Komitəsi ÜGT-nin Siyasi Komissiyasına üzv seçildi - FOTO

Dövlət Gömrük Komitəsi ÜGT-nin Siyasi Komissiyasına üzv seçildi - FOTO

Hazırda oxunan: Dövlət Gömrük Komitəsi ÜGT-nin Siyasi Komissiyasına üzv seçildi - FOTO

257128

Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Gömrük Əməkdaşlıq Şurasının 145/146-cı sessiyalarının sonuncu günündə təşkilatın rəhbər strukturlarında təmsilçiliyin formalaşdırılması məqsədilə seçkilər keçirilib. ÜGT çərçivəsində həyata keçirdiyi fəaliyyət və üzv dövlətlərin gömrük xidmətlərinin dəstəyi ilə Azərbaycanın Dövlət Gömrük Komitəsi ÜGT-nin Siyasi Komissiyasına üzv seçilib.

Bu barədə Bizim.Media-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, Siyasi Komissiya Ümumdünya Gömrük Təşkilatının ali strateji sənədlərinin formalaşdırılmasında, təşkilatın uzunmüddətli siyasətinin müəyyənləşdirilməsində və üzv dövlətlər arasında yüksək səviyyəli siyasi koordinasiyanın təmin edilməsində mühüm rol oynayan əsas qərarverici strukturlardan biridir.

Dövlət Gömrük Komitəsinin bu mühüm qərarverici orqanda təmsil olunması beynəlxalq gömrük siyasətinin formalaşdırılmasında daha fəal və məqsədyönlü iştirakını təmin etməklə yanaşı, innovativ təşəbbüslərin beynəlxalq müstəviyə çıxarılması baxımından əhəmiyyətli platforma rolunu oynayacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO