Cümşüd “lyuk”a düşməyib - YENİ DETALLAR/VİDEO

Cümşüd “lyuk”a düşməyib - YENİ DETALLAR/VİDEO

Hazırda oxunan: Cümşüd “lyuk”a düşməyib - YENİ DETALLAR/VİDEO

257092

Son günlər gündəmi zəbt edən Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə 27 yaşlı Cümşüd Cümşüdlünün ərazidən keçərkən yolda baş verən çökmə nəticəsində kanalizasiya xəttinə düşməsi ilə bağlı yeni təfərrüatlar məlum olub.

Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə hadisə anının yeni görüntüləri yayılıb.

Görüntülərdən aydın olur ki, 27 yaşlı gənc kanalizasiya xəttinə lükün qapağı açıq olduğuna görə deyil, çökmə baş verdiyi üçün düşüb.

AzTV-də sözügedən hadisə ilə bağlı ərazidən süjet yayımlanıb. Bildirilib ki, həmin ərazidə asfalt örtüyü 6 ay əvvəl çöküb və problem hələ də həllini tapmayıb.

Qeyd edək ki, Cümşüd ailənin tək övladı olub və o, hadisə baş verən gün evdən marketə getmək adı ilə çıxıb.

Sözügedən görüntüləri təqdim edirik:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO