Yekaterinburqda öldürülənlərin meyitləri Azərbaycana bu tarixdə yola salınacaq

Yekaterinburqda öldürülənlərin meyitləri Azərbaycana bu tarixdə yola salınacaq

Hazırda oxunan: Yekaterinburqda öldürülənlərin meyitləri Azərbaycana bu tarixdə yola salınacaq

257077

Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları əməkdaşlarının öldürdüyü azərbaycanlıların meyitləri bazar ertəsi Azərbaycana yola salınacaq.

Bizim.Media "report.az"a istinadən xəbər verir ki, hazırda cənazələrin ailələrinə təhvil verilməsi üçün iş aparılır.
 

MÖVZU İLƏ BAĞLI:

Sabah Yekaterinburqda saxlanılan azərbaycanlıların məhkəməsi olacaq


Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.

Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO