İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.
Bizim.Media xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, kişilərin pensiya yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
Qadınların pensiya yaşı sonuncu dəfə ötən il - 2024-cü ilin iyul ayının 1-dən 6 ay artırılaraq 64 edilib. 64 yaş müddəti 2025-ci il iyunun 30-da başa çatacaq.
Qeyd edək ki, 1 iyul 2026-cı il tarixində Azərbaycanda kişilərlə qadınların pensiya yaşı bərabərləşərək 65 olacaq.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
22:13 / 27.06.2025
Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...
Hazırda oxunan: Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...
Hazırda oxunan: Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...
256995
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.