“AnewZ” telekanalının layihəsi olan “Destination”un növbəti buraxılışı Şuşa şəhərinə həsr olunub.
Bizim.Media xəbər verir ki, verilişin bu buraxılışında dünyanın ən böyük mədəniyyət paytaxtlarından biri olan Şuşanın ecazkar mənzərəsinə və zəngin tarixinə şahid olmaq mümkündür.
Verilişdə 2025-ci ildə keçirilən Xarıbülbül Musiqi Festivalı, Bülbülün Ev Muzeyi, yenidən fəaliyyətə başlaya Üzeyir Hacıbəyli Muzeyindən bəhs olunub, eləcə də Şuşanın və ümumilikdə Azərbaycan mədəniyyətinin simaları hesab olunan– Polad Bülbüloğlu, Maestro Fərhad Bədəlbəyli və Yusif Eyvazov ilə eksklüziv müsahibələr yer alıb.
Qeyd edək ki, “Azərbaycan musiqisinin beşiyi” və “Qafqazın incəsənət məbədi” kimi tanınan Şuşa Azərbaycanın Mədəniyyət Paytaxtı statusunu qazanıb. Eyni zamanda Şuşa şəhəri 2023-cü ildə Türk Dünyasının, 2024-cü ildə isə İslam Dünyasının Mədəniyyət Paytaxtı kimi beynəlxalq səviyyədə tanınıb.
Verilişin tam versiyasını təqdim edirik:
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
21:18 / 27.06.2025
Şuşa: Qafqazın incəsənət məbədi – VİDEO
Hazırda oxunan: Şuşa: Qafqazın incəsənət məbədi – VİDEO
Hazırda oxunan: Şuşa: Qafqazın incəsənət məbədi – VİDEO
256985
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.