Şamaxıda TORPAQ SÜRÜŞMƏSİ – Yol yararsız hala düşdü – FOTO

Şamaxıda TORPAQ SÜRÜŞMƏSİ – Yol yararsız hala düşdü – FOTO

Hazırda oxunan: Şamaxıda TORPAQ SÜRÜŞMƏSİ – Yol yararsız hala düşdü – FOTO

256946

Şamaxıda bir neçə kəndi birləşdirən yol yarasız hala düşüb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, rayonun Qaleybuğurd, Sis, Qaladərəsi və Keçmədin kəndlərinə gedən yolların durumu fəlakət həddinə çatıb. 

Son günlər baş verən torpaq sürüşmələri nəticəsində yol örtüyü sanki parçalanıb – iri qabarmalar, dərin çatlar və təhlükəli çökmələr nəqliyyatın hərəkətini iflic edib.

Bəzi hissələrdə maşınların keçidi demək olar ki, mümkün deyil.


Şamaxının adıçəkilən kəndləri təkcə yerli əhali üçün deyil, həm də bölgəyə gələn turistlər üçün vacib marşrutlardır. Amma turizm, iqtisadi inkişaf və kənd təsərrüfatı potensiallı yol bərbad vəziyyətdədir. Yolun təmiri ilə bağlı məsələ isə hələ də kağız üzərində qalır...

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli nümayəndəsi Anar Hacıyev sözügedən vəziyyəti yolun seysmik zonada yerləşməsi və tektonik hərəkətlərlə izah edib.

Hacıyev bildirib ki, təmir-bərpa işlərinə hazırlıq gedir və yaxın müddətdə əsaslı işlərə başlanacaq. 






Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO