Lənkəranda DƏHŞƏT – 57 yaşlı qadın həyatını itirdi – FOTO

Lənkəranda DƏHŞƏT – 57 yaşlı qadın həyatını itirdi – FOTO

Hazırda oxunan: Lənkəranda DƏHŞƏT – 57 yaşlı qadın həyatını itirdi – FOTO

256880

Lənkəran rayonunun Girdəni kəndindən keçən Lənkəran-Boradigah-Masallı yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, "Mercedes" markalı minik avtomobili avtobusdan düşüb yolu keçmək istəyən 1968-ci il təvəllüdlü kənd sakini Ruhəngiz Ağahəsən qızı Babayevanı vurub.

Qadın ağır xəsarət alıb və dərhal xəstəxanaya aparılmasına baxmayaraq, yolda keçinib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub. Qadının meyiti müvafiq ekspertiza üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Lənkəran şöbəsinə təhvil verilib.


Hazırda hadisənin səbəbləri araşdırılır.








Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO