Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin məhkum edilmiş rəisi general-mayor Nizami Şirinov vaxtından əvvəl azadlığa çıxmaq istəyib.
Bizim.Media “Qafqazinfo.az”a istinadla xəbər verir ki, Şirinov cəzasının çoxunu çəkməsini nəzərə alaraq qalan 6 ayının şərti hesab edilməsi ilə bağlı məhkəməyə müraciət edib.
Məhkəmə müraciəti əsaslı hesab etməyib. Ərizə geri qaytarılıb.
Qeyd edək ki, N. Şirinov 2021-ci ilin aprelində həbs edilib. O, mütəşəkkil dəstə tərkibində ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini ələ keçirməkdə, külli miqdarda rüşvəti hədə-qorxu tətbiq etməklə almaqda, həmçinin cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakın leqallaşdırılmasında təqsirli bilinib. Yekun qədarla generala 4 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:53 / 27.06.2025
Məhkum general azadlığa 6 ay tez çıxmaq istədi...
Hazırda oxunan: Məhkum general azadlığa 6 ay tez çıxmaq istədi...
Hazırda oxunan: Məhkum general azadlığa 6 ay tez çıxmaq istədi...
256846
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.