Bu gün Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbarda partlayış hadisəsi baş verib.
Bu barədə Bizim.Media-ya Mədəniyyət Nazirliyindən bildirilib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, hüquq-mühafizə orqanlarının, Mədəniyyət Nazirliyinin əməkdaşları cəlb edilib.
Hazırda hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırmalar davam edir. Mədəniyyət Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən təhlükəsizlik tədbirləri görülür, əraziyə texniki ekspertlər cəlb olunub.
Əlavə məlumatlar rəsmi mənbələrdən daxil olduqca ictimaiyyətə çatdırılacaq.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
00:36 / 27.06.2025
Mədəniyyət Nazirliyi: “Partlayış kinostudiyanın istifadə olunmayan anbarında baş verib”
Hazırda oxunan: Mədəniyyət Nazirliyi: “Partlayış kinostudiyanın istifadə olunmayan anbarında baş verib”
Hazırda oxunan: Mədəniyyət Nazirliyi: “Partlayış kinostudiyanın istifadə olunmayan anbarında baş verib”
256838
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.