Mərkəzi Afrika Respublikasında yerləşən Barthelemy Boganda Liseyində baş verən transformator partlayışı nəticəsində yaranan panika və izdihamda 29 tələbə həyatını itirib.
Bizim.Media Milli.Az-a istinadən xəbər verir ki, faciəvi hadisə paytaxt Bangidə çərşənbə günü baş verib. Elektrik transformatorunda baş verən partlayış məktəbdə təlaşa səbəb olub. Hadisə zamanı təxminən 5 min tələbə buraxılış imtahanı verirdi. Partlayışın ardından tələbələr kütləvi şəkildə məktəbi tərk etməyə çalışıb və yaranan izdihamda çox sayda insan tapdanıb.
Rəsmilərin verdiyi məlumata görə, xəsarət alanların sayı 260-ı keçib. Bəzi tələbələr həyacanla həyətdən aşağı mərtəbələrə tullanaraq ağır xəsarət alıblar. Ölənlərin bir hissəsi hadisə yerində, digərləri isə xəstəxanalarda həyatını itirib.
Mərkəzi Afrika Respublikasının Prezidenti Faustin-Archange Touadera hadisə ilə bağlı üç günlük matəm elan edib. O, faciədə həlak olanların ailələrinə başsağlığı verib və məsələ ilə bağlı araşdırma başladıldığını bildirib. Hadisənin səbəbləri araşdırılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
20:46 / 26.06.2025
Buraxılış imtahanında DƏHŞƏT - 29 tələbə ayaqaltında qalıb həyatını itirdi
Hazırda oxunan: Buraxılış imtahanında DƏHŞƏT - 29 tələbə ayaqaltında qalıb həyatını itirdi
Hazırda oxunan: Buraxılış imtahanında DƏHŞƏT - 29 tələbə ayaqaltında qalıb həyatını itirdi
256804
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.