Biləsuvarda ata və qızı sertifikatlaşdırma imtahanında yüksək bal toplayıb

Biləsuvarda ata və qızı sertifikatlaşdırma imtahanında yüksək bal toplayıb

Hazırda oxunan: Biləsuvarda ata və qızı sertifikatlaşdırma imtahanında yüksək bal toplayıb

256792

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində iştirak edən ata və qızı yüksək nəticə əldə edib.

Bizim.Media xəbər verir ki, fizika fənnini tədris edən Siyasət İsayev imtahandan 57 bal toplayıb.
 

O, Milli Qəhrəman M.İbrahimov adına Biləsuvar Təhsil Kompleksində və R.Mikayılov adına Bəydili kənd tam orta məktəbində çalışır.


S. İsayevin övladı Ulduzə İsayeva da fizika fənni üzrə 55 bal toplayıb. U.İsayeva Biləsuvar rayonu M.Piriyev adına tam orta məktəbində çalışır.

Qeyd edək ki, hər iki şəxs Biləsuvar şəhəri Nizami Gəncəvi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində yaradılmış mərkəzdə imtahan veriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO