Qəzada dünyasını dəyişən hərbi qulluqçumuz dəfn olundu – FOTO

Qəzada dünyasını dəyişən hərbi qulluqçumuz dəfn olundu – FOTO

Hazırda oxunan: Qəzada dünyasını dəyişən hərbi qulluqçumuz dəfn olundu – FOTO

256755

Azərbaycan Ordusunun 39 yaşlı hərbi qulluqçusu, Zaqatala rayonu, Qımır kənd sakini, gizir Sadiq Əsgərov doğulub boya-başa çatdığı Qımır kəndində dəfn edilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hərbi qulluqçunun dəfn mərasimində onun qulluq etdiyi hərbi hissənin bir qrup sabit və əsgəri, Zaqatala rayonu huquq-mühafizə orqan əməkdaşları, rayon ictimaiyyəti və mərhumun yaxınları iştirak edib.

Qeyd edək ki, hərbi qulluçumuz gizir Sadiq Əsgərov ötən gün Daşkəsən rayonu ərazisində dünyasını dəyişib. Belə ki, onun olduğu hərbi hissənin avtomobili hərəkətdə olan zaman idarəetmədən çıxaraq yol kənarındakı qaya daşlarına dəyib. Bu zaman Sadiq Əsgərov özünü avtomobildən yerə atıb. Nəticədə o, aldğı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Sadiq Əsgərov ailəli olub, 3 övlad atası idi.

Allah rəhmət eləsin.










Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO