Araşdırmalar göstərir ki, həddindən artıq şəkər istehlakı piylənmə, diabet və ürək-damar xəstəlikləri kimi fiziki sağlamlıq problemlərinə səbəb olmaqla yanaşı, qanda şəkərin səviyyəsində ani dalğalanmalara yol açaraq idrak funksiyalarına da mənfi təsir edir.
Bizim.Media xəbər verir ki, mövzuya ABŞ-ın Şimali Karolina Universitetinin (UNC) Gillings Qlobal İctimai Sağlamlıq Məktəbinin Qidalanma fakültəsinin professoru Berri Popkin münasibət bildirib.
Onun sözlərinə görə, şəkərin qəbulu insanın bədənində asılılıq yaradır.
Popkin qeyd edib ki, min illər boyu insanlar sağ qalmaq üçün lazım olan şəkər və qida maddələrini meyvə və giləmeyvə kimi təbii məhsullardan alaraq şirin dadı müsbət xəbərdarlıq kimi qəbul ediblər.
O, əlavə edib ki, müasir dünyada şəkər istehlakı nəzarətsiz şəkildə artıb və bu insanlarda daha çox yemək qəbul etmək istəyi yaradır.
Gülər Həsənli, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:00 / 26.06.2025
Həddindən artıq şəkər istehlakı insanda hansı problemlər yaradır? – Professordan AÇIQLAMA
Hazırda oxunan: Həddindən artıq şəkər istehlakı insanda hansı problemlər yaradır? – Professordan AÇIQLAMA
Hazırda oxunan: Həddindən artıq şəkər istehlakı insanda hansı problemlər yaradır? – Professordan AÇIQLAMA
256754
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.