“Biz xoşbəxt bir xalqıq ki, möhtəşəm zəfərə imza atmışıq”

“Biz xoşbəxt bir xalqıq ki, möhtəşəm zəfərə imza atmışıq”

Hazırda oxunan: “Biz xoşbəxt bir xalqıq ki, möhtəşəm zəfərə imza atmışıq”

256742

"Bu günkü bu yürüşdə həqiqətən möhtəşəm bir mənzərə varıydı. Eyni zamanda da başda Ali Baş Komandan olmaqla bütün xalqımızı və ordu birliklərimizin bütün mənsublarını təbrik edirəm.

Hər birinə can sağlığı arzu edirəm. Ordumuzun şəxsi heyətinə bu şərəfli xidmət yolunda nailiyyətlər arzulayıram”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Xankəndi şəhərində keçirilən hərbi yürüşü izləyən qazi, polkovnik leytenant Kamil Duniyev səsləndirib.

Onun sözlərinə görə, işğalda olduğu illər ərzində Xankəndidə olan erməni separatçıları dövlətimizə və xalqımıza qarşı müəyyən təhdidlər səsləndirirdilər:

“Şükürlər olsun ki, dövlətimizin gücü sayəsində bizi təhdid edənlər bu gün Azərbaycan qanunları qarşısında cavab verirlər. Biz xoşbəxt bir xalqıq ki, möhtəşəm zəfərə imza atmışıq.

Bu gün yürüşdə olan izdiham, xüsusilə yetişməkdə olan uşaq və yeniyetmələrimizin əlində möhtəşəm bayrağımızı görmək, şahidi olduğumuz bu mənzərə onu deyə əsas verir ki, bu gün böyüyən uşaqlarımız Zəfər sevinci, qələbə ruhu ilə böyüyürlər. Həmin körpələr, qalib ordunun əsgərlərini gördükcə onların necə fəxr etdiklərini görürsən. Deməli, ordumuzun gələcəyi sarsılmaz və əyilməz bir güclə daha da qüdrətlənəcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO