"Şairə xatir adam olub efirdə kəkələyir, atasının məzarı..." - Şəbnəm Tapdığa SƏRT SÖZLƏR + FOTO

Hazırda oxunan: "Şairə xatir adam olub efirdə kəkələyir, atasının məzarı..." - Şəbnəm Tapdığa SƏRT SÖZLƏR + FOTO

256738

Mərhum şair İlyas Tapdıq və həyat yoldaşının Badamdar qəbiristanlığındakı məzarının şəkilləri yayılıb. 

 

Sfera.az Modern.az-a istinadən xəbər verir ki, görüntülərdən şairin və həyat yoldaşının məzarının baxımsız vəziyyətdə olduğu diqqət çəkir.

 

Qeyd edək ki, fotoşəkilləri keçmiş deputat Etibar Hüseynov ictimailəşdirib. O, İlyas Tapdıqın qızı, Əməkdar artist, tanınmış müğənni Şəbnəm Tapdığı buna görə qınayıb. 

 

“Şair İlyas Tapdıq və həyat yoldaşının baxımsız məzarı. Şairin adı ilə adam olub ortaya çıxan qızı da bütün günü efirlərdə kəkələyə-kəkələyə əxlaqdan-tərbiyədən danışır”, - deyə E.Hüseynov bildirib.

 

Xatırladaq ki, İlyas Tapdıq 25 dekabr 2016-cı ildə Bakıdakı evində vəfat etmişdi. OnuBadamdar qəbirstanlığında, həyat yoldaşının yanında torpağa tapşırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO