Xankəndi şəhərində 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirilib.
Bizim.Media xəbər verir ki, xəbər verir ki, yürüşün önündə Azərbaycan əsgəri addımlayıb.
Şəxsi heyət hərbi orkestrin müşayiəti ilə şəhərin mərkəzi küçələrində müəyyən edilən marşrutlar üzrə yürüş edib.
Hərbi vətənpərvərlik mahnıları, qələbə marşının sədalarını yerli sakinlər və şəhərin qonaqları maraqla dinləyib.
Azad Xankəndi torpağında yürüş edən hərbi qulluqçular, vətəndaşlar tərəfindən alqışlarla qarşılanıb.
Tədbiri burada yaşayan sakinlər, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və idarəetmə xidmətinin, Xankəndi şəhərində fəaliyyət göstərən dövlət və özəl qurumların nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları izləyiblər.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:51 / 26.06.2025
Xankəndidə hərbçilərin yürüşü keçirildi – FOTO/VİDEO
Hazırda oxunan: Xankəndidə hərbçilərin yürüşü keçirildi – FOTO/VİDEO
Hazırda oxunan: Xankəndidə hərbçilərin yürüşü keçirildi – FOTO/VİDEO
256716
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.