Əlahiddə Ümumqoşun Ordusu Komandanının birinci müavini - Qərargah rəisi vəzifəsinə yeni təyinat olub.
Bizim.Media "Qafqazinfo"ya istinadən xəbər verir ki, müvafiq əmrə əsasən, bu vəzifəyə 44
günlük Vətən müharibəsi iştirakçısı polkovnik Etibar Məhərrəmov təyinat alıb.
Etibar Məhərrəmov Laçın rayonunun Sus kəndindəndir. O, müharibədə göstərdiyi xidmətlərə görə "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" və digər medallarla təltif edilib.
Qeyd edək ki, Etibar Məhərrəmov bu vəzifədə general-leytenant Fazil Ağalarovu əvəz edib. General Ağalarov bir neçə ay əvvəl təqaüdə göndərilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:15 / 26.06.2025
Polkovnik Etibar Məhərrəmov yüksək vəzifəyə təyin olundu
Hazırda oxunan: Polkovnik Etibar Məhərrəmov yüksək vəzifəyə təyin olundu
Hazırda oxunan: Polkovnik Etibar Məhərrəmov yüksək vəzifəyə təyin olundu
256696
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.