"Sancı hiss etmədən də infarkt keçirmək olur" - Həkimdən XƏBƏRDARLIQ

"Sancı hiss etmədən də infarkt keçirmək olur" - Həkimdən XƏBƏRDARLIQ

Hazırda oxunan: "Sancı hiss etmədən də infarkt keçirmək olur" - Həkimdən XƏBƏRDARLIQ

256678

İnfarkt yalnız sinə ağrısı ilə deyil, bel ağrısı, nəfəs darlığı, ürəkbulanma və tərləmə kimi əlamətlərlə də özünü göstərə bilər.

Bizim.Media xəbər verir ki, Yeditepe Universiteti Koşuyolu Xəstəxanasının kardioloqu dosent Mehmet Fatih Yılmaz bu barədə xəbərdarlıq edib.
 

O bildirib ki, xüsusilə qadınlarda, yaşlılarda və diabet xəstələrində infarkt fərqli əlamətlərlə keçə bilər və bu da diaqnozu çətinləşdirir. Son illərdə gənclər arasında da infarkt halları artıb. Siqaret, oturaq həyat tərzi, pis qidalanma və genetik meyillik əsas səbəblərdəndir.


Dosent Yılmaz deyib ki, infarkt sinə ağrısı olmadan da baş verə bilər və hər ötən dəqiqə ürəyin toxumalarına ziyan vurur.

Risk faktoru olan şəxslər şikayət olmasa da ildə bir dəfə həkim müayinəsindən keçməlidir. Əlamətlər ciddi qəbul olunmalı və vaxtında müdaxilə edilməlidir. (milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO