Prezidentin ali rütbə verdiyi Mürsəl İbrahimov kimdir? - DOSYE

Prezidentin ali rütbə verdiyi Mürsəl İbrahimov kimdir? - DOSYE

Hazırda oxunan: Prezidentin ali rütbə verdiyi Mürsəl İbrahimov kimdir? - DOSYE

256646

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Mürsəl Qorxmaz oğlu İbrahimova “general-mayor” ali hərbi rütbəsi verilib.

Bizim.Media M.İbrahimovun dosyesini təqdim edir:
 

MÖVZU İLƏ BAĞLI:

Prezidentdən Mürsəl İbrahimovla bağlı SƏRƏNCAM


M. İbrahimov 1970-ci il sentyabrın 20-də Bakıda anadan olub. O, 1992-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Qaz Neft Mədən fakültəsini bitirib.

1992-1997-ci illərdə DİN Mühafizə İdarəsinin Xətai rayon Mühafizə Şöbəsində tağım komandiri, baş inspektor vəzifələrində xidmət aparıb. Daha sonra DİN Daxili Təhqiqatlar İdarəsinin inspektor və baş inspektor vəzifəsində işləyib.

M.İbrahimov 10 ildən artıq Milli Təhlükəsizlik Nazirliyində çalışıb, idarə rəisinin müavini vəzifəsinədək yüksəlib. “Hərbi xidmətlərə ğörə” medalı ilə təltif olunub.

2015-ci ildən sonrakı dövrdə bir sıra özəl şirkətlərdə müxtəlif vəzifələrdə çalışıb. Son illər “Kapital Bank” ASC Təhlükəsizlik Departamentinin direktoru olub.

2023-cü ilin aprelində Prezident İlham Əliyev Mürsəl İbrahimovu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəis təyin edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO