İyunun 23-də paytaxtın Nəsimi rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb.
Bizim.Media xəbər verir ki, naməlum şəxs üzünü gizlətmək üçün maska ilə kamuflyaj olunaraq mağazanın anbarına daxil olub və gizlənərək gecə saatlarına qədər orada gözləyib. Mağaza bağlandıqdan sonra isə anbardakı kassadan 34 600 manat pul vəsaitini oğurlayıb.
Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 26 yaşlı Mehman Əliyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:14 / 25.06.2025
Bakıda maskalı şəxs mağazadan 34 min manat oğurladı – FOTO
Hazırda oxunan: Bakıda maskalı şəxs mağazadan 34 min manat oğurladı – FOTO
Hazırda oxunan: Bakıda maskalı şəxs mağazadan 34 min manat oğurladı – FOTO
256617
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.