Qazilərimizdən Türkiyə millisinə dəstək - FOTO 

Qazilərimizdən Türkiyə millisinə dəstək - FOTO 

Hazırda oxunan: Qazilərimizdən Türkiyə millisinə dəstək - FOTO 

25660

20 iyun tarixində "Davam" Gənclər Hərəkatı və xeyriyyəçi Kamil Zeynallının təşkilatçılığı, "YAŞAT" Fondu, "BakuBus" MMC-nin dəstəyi ilə 40-dan çox qazi Bakı Olimpiya Stadionunda “Avro-2020”nin A qrupunun III tur çərçivəsində keçirilən Türkiyə-İsveçrə oyununu izləyib.  

Bizim.Media xəbər verir ki, oyun zamanı üstünlük təşkil edən Vətən müharibəsi qaziləri ilə yanaşı Aprel döyüşləri veteranları, "Davam" Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, xeyriyyəçi Kamil Zeynallı da qazilərimizlə birlikdə olub.   

Oyun bitdikdən sonra maraqlı anlar yaşanıb. Belə ki, stadionu tərk edən qazilərimizi görən türk azarkeşlər onları böyük coşqu ilə qarşılayıblar.  

Oyundakı məğlubiyyətə baxmayaraq, azarkeşlərin qazilərlə birlikdə “Qarabağ bizimdir!” deyə qışqırması ətrafdakı hər kəsin marağına səbəb olub. Bu anları özündə əks etdirən görüntülər sosial mediada matçla bağlı ən çox paylaşılan videolar arasında olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO