İran əsilli ABŞ vətəndaşlarının Azərbaycan ərazisi ilə keçidi təmin olunub. İrandan təxliyə prosesi “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində beynəlxalq prosedurlara uyğun həyata keçirilib.
Bizim.Media xəbər verir ki, ABŞ hökumətinin müraciəti əsasında təşkil edilən təxliyə zamanı Azərbaycan tərəfi bu humanitar prosesin uğurla başa çatması üçün bütün zəruri şəraiti yaradıb.
Təxliyə edilən şəxslər sənəd və tibbi yoxlamadan keçərək, xüsusi nəqliyyat vasitələri ilə Bakı şəhərinə yola salınıblar.
ABŞ vətəndaşları sərhəddə təhlükəsiz və operativ təşkil olunmuş şəraitə görə Azərbaycan hökumətinə və xalqına təşəkkür ediblər.
Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycanın ərazisindən tranzit keçid şəraitində öz ölkələrinə qayıtmasına yardım göstərilməsini xahiş ediblər.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:00 / 25.06.2025
ABŞ vətəndaşları İrandan Azərbaycana təxliyə edildi - FOTO
Hazırda oxunan: ABŞ vətəndaşları İrandan Azərbaycana təxliyə edildi - FOTO
Hazırda oxunan: ABŞ vətəndaşları İrandan Azərbaycana təxliyə edildi - FOTO
256575
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.