Qalstanyan dövlət çevrilişini necə hazırlayıb? – TƏFƏRRÜAT

Qalstanyan dövlət çevrilişini necə hazırlayıb? – TƏFƏRRÜAT

Hazırda oxunan: Qalstanyan dövlət çevrilişini necə hazırlayıb? – TƏFƏRRÜAT

256551

Ermənistan İstintaq Komitəsi bəyan edib ki, "Müqəddəs Mübarizə" adlı revanşist hərəkatın lideri, arxiyepiskop Bağrat Qalstanyan və onun silahdaşları hakimiyyəti ələ keçirmək məqsədilə terror aktları hazırlayırmış.

Bu barədə Bizim.Media erməni KİV-lərinə istinadən məlumat yayıb.

Komitənin yaydığı rəsmi məlumata görə, Qalstanyan rəhbərlik etdiyi və təşəbbüskarı olduğu “Müqəddəs Mübarizə” hərəkatı vasitəsilə bir neçə ay ərzində Ermənistan Respublikasında hakimiyyəti Konstitusiyada nəzərdə tutulan qanuni yollarla ələ keçirə bilmədikdən sonra, 2024-cü ilin noyabrında bu məqsədə Konstitusiyaya zidd, qeyri-qanuni üsullarla çatmaq qərarına gəlib.
 

İstintaq materiallarına əsasən, Qalstanyan bir sıra hərəkat üzvləri ilə əvvəlcədən əlbir olaraq terror aktları həyata keçirmək və hakimiyyəti zorla ələ keçirmək üçün lazım olan vasitələri və şərtləri formalaşdırıb.


Bunun üçün onlar keçmiş hərbçi və polis əməkdaşlarından ibarət, hər biri 25 nəfərdən ibarət olmaqla 200-250 hücum dəstəsi yaratmağı planlaşdırıblar. Bu qruplara ciddi tapşırıqlar veriləcək və onlar bir-birlərinin fəaliyyətindən xəbərsiz şəkildə müstəqil hərəkət etməli imişlər.

Cinayətkar qrupun planına əsasən, hücum dəstələri tam formalaşdıqdan və lazımi vasitələr əldə edildikdən sonra, Bağrat Qalstanyan müəyyən bir bəhanə ilə hökumət binası qarşısına toplaşmağa çağırış edəcəkmiş. Həmin kütləvi aksiyanın məqsədi hakimiyyətin diqqətini yayındırmaq, bu zaman isə silahlı dəstələrin əvvəldən müəyyən olunmuş strateji mövqeləri tutmaq olub.

Hazırda istintaq çərçivəsində müxtəlif şəxslər – o cümlədən V.Q., M.Ş., G.Ş., T.P., L.M., G.G., İ.S., A.R., A.X., A.İ., A.A., M.M., D.G. və digər qrup üzvlərinin fəaliyyəti araşdırılır.

Qeyd edək ki, bu məlumatlar Ermənistan hökumətinin son günlərdə çevriliş cəhdləri və radikal müxalifətlə mübarizə fonunda verdiyi daha geniş təhlükəsizlik tədbirləri çərçivəsində yayılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO