Xəzərdə nərə balıqlarını qanunsuz ovlayan şəxslər tutuldu - FOTO

Xəzərdə nərə balıqlarını qanunsuz ovlayan şəxslər tutuldu - FOTO

Hazırda oxunan: Xəzərdə nərə balıqlarını qanunsuz ovlayan şəxslər tutuldu - FOTO

25653

İyun ayının 15-də Neftçala şəhər sakini Babayev Elmar Əlisahib oğluna məxsus “bayda” tipli üzmə vasitəsinin Xızı rayonunun Giləzi qəsə¬bəsi istiqamətindən dənizə çıxaraq qanunsuz balıq ovu ilə məşğul olması barədə məlumat daxil olub.

DSX-dən Bizim.Media-ya verilən məlumata görə,  ərazidə əlavə sərhəd heyəti yerləşdirilib, qanunsuz olaraq dənizə çıxmış üzmə vasitəsinin aşkar edilərək saxlanılması istiqa¬mətində zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilib, nəticədə qeyd olunan qayığın dövlət sərhədini pozaraq Xəzər dənizinin Azərbaycan Respub-likasının ərazi sularından 192 mil (355 km) məsafədə Rusiya Federasiyası və 211 mil (390 km) məsafədə Qazaxıstan Respublikasının sektorunda qanunsuz nərə cinsli balıqların ovu ilə məşğul olması müəyyənləşdirilib.

İyun ayının 19-da sааt 21:00 rаdələrində həmin ərazidə aşkar edilən üzmə vasitəsi 3 nəfər heyət üzvü ilə birlikdə saxlanılıb, qayığa baxış zamanı içərisində ovu qadağan olunmuş ümumi çəkisi 620 kq olan 106 ədəd nərə cinsli balıq aşkar edilmişdir. Sахlаnılmış şəxslərin Astara rayon sakini 1976-cı il təvəllüdlü Mirzəyev Bəhruz Abutalıb oğlu, Neftçala rayon sakinləri 1963-cü il təvəllüdlü Əhmədov Raqib Novruz oğlu və 1985-ci il təvəllüdlü Bəxtiyarov Xəyal Fərhad oğlu olmaları müəyyənləşdirilib.

Əməliyyat-axtarış tədbirləri zamanı qayığı sahildə qarşılamağa gəlmiş “Opel Astra” mаrkаlı 99-SN-577 və “Zil” mаrkаlı 01-BH-619 dövlət nömrə nişаnlı аvtоmоbillərdə üzmə vasitəsinin sahibi Babayev Elmar Əlisahib oğlu və digər 3 nəfər - Abşeron rayon sakin¬ləri 1998-ci il təvəllüdlü Mürşüdov Qismət İltifaq oğlu, 1997-ci il təvəl¬lüdlü Müştaqov Fərzalı Növcavan oğlu və 1984-cü il təvəllüdlü İmaniyev Hövsət Pərvaz oğlu da saxlanılıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO