"WhatsApp" "Android"də yeni "Yazı Yardımı" funksiyasını sınaqdan keçirir.
Bizim.Media xəbər verir ki, bu süni intellekt əsaslı xüsusiyyət mesajları redaktə edir, tonunu dəyişir (gülməli, peşəkar və s.), qrammatika və orfoqrafiyanı düzəldir.
Funksiya cihaz daxilində işləyir, məlumatlar serverə getmir. Yeni düymə emoji klaviaturası yanında yerləşir və istifadəçilərə avtomatik təkliflər verir.
Hələlik sözügedən funksiya sınaq mərhələsindədir. Odur ki, funksiyanın bütün istifadəçilər üçün nə zaman əlçatan olacağı məlum deyil.
Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. "WhatsApp" ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir. (milli.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:04 / 25.06.2025
"WhatsApp" yeni süni intellekt funksiyasını təqdim edib
Hazırda oxunan: "WhatsApp" yeni süni intellekt funksiyasını təqdim edib
Hazırda oxunan: "WhatsApp" yeni süni intellekt funksiyasını təqdim edib
256518
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.