"Meydan TV" işi üzrə saxlanılan Şəmşad Ağanın həbs müddəti UZADILDI

"Meydan TV" işi üzrə saxlanılan Şəmşad Ağanın həbs müddəti UZADILDI

Hazırda oxunan: "Meydan TV" işi üzrə saxlanılan Şəmşad Ağanın həbs müddəti UZADILDI

256459

"Meydan TV" işi üzrə saxlanılan “Arqument.az” saytının rəhbəri Şəmşad Ağanın həbs müddəti uzadılıb.

Bizim.Media report-a istinadən xəbər verir ki, bu barədə qərar Xətai Rayon Məhkəməsində keçirilən prosesdə verilib.

Qərara əsasən, onun həbs müddəti sentyabr ayının 5-nə qədər uzadılıb.

Qeyd edək ki, Şəmşad Ağa qaçaqmalçılıqda ittiham olunur.

Xatırladaq ki, bir müddət əvvəl Daxili İşlər Nazirliyi tərəfindən "Meydan TV" əməkdaşları – Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirov saxlanılıb.
 

Onlar barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib.


Daha sonra Xətai rayon Məhkəməsi tərəfindən hər biri barəsində həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO