“Hər bir yeni tikilən binanın altında məktəbəqədər təhsil müəssisləri olsun”.
Bizim.Media xəbər evrir ki, bunu deputat Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.
O bildirib ki, valideynlər yaşadığı binalarda öz övladlarını təhsilə cəlb edə bilərlər:
“İki valideyn işləmədiyi halda o ailəni dolandırmaq çətindir. O baxımdan valideynlərin ikisi də işləyir. İkisi işlədiyi halda da uşaqların harda yerləşdirilməsi, təhsili önəmlidir. O binaların hər birində mağaza və digər şeylər açmaq əvəzinə şərtlərdən biri də o olmalıdır ki, həmin binalarda məktəbəqədər təhsil müəssisəsi açılsın. Valideynlər yaşadığı binanın birinci, ikinci mərtəbəsində uşaqların təhsil almasına nail ola bilsinlər”.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:31 / 24.06.2025
Siyavuş Novruzovdan TƏKLİF: “Hər yeni tikilən binanın altında uşaq bağçası yaradılsın”
Hazırda oxunan: Siyavuş Novruzovdan TƏKLİF: “Hər yeni tikilən binanın altında uşaq bağçası yaradılsın”
Hazırda oxunan: Siyavuş Novruzovdan TƏKLİF: “Hər yeni tikilən binanın altında uşaq bağçası yaradılsın”
256382
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.