Bu gün Bakının Sabunçu rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.
Bu barədə Bizim.Media Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə xəbər istinadən verir.
Bildirilib ki, Sabunçu rayonunda qaz xətlərinin yerinin təhlükəsiz əraziyə köçürülməsi, həmçinin “Quşçuluq” qaz xətləri üzərində quraşdırılmış tənzimləyicilərin yeniləri ilə əvəzlənməsi məqsədilə iyunun 24-də saat 09:30-dan etibarən qaz təchizatı dayandırılacaq.
Təmir-quraşdırma işləri aparılan müddətdə Sabunçu rayonu üzrə Nardaran, Ramanı, Sabunçu və Maştağa qəsəbələrinin bir hissəsinin, Suraxanı rayonunda isə Deputatski küçəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:25 / 24.06.2025
Bakının bu ərazilərində QAZ OLMAYACAQ
Hazırda oxunan: Bakının bu ərazilərində QAZ OLMAYACAQ
Hazırda oxunan: Bakının bu ərazilərində QAZ OLMAYACAQ
256335
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.