Vətəndaşlara XƏBƏRDARLIQ: Milyardlarla istifadəçinin məlumatları sızdırıldı

Vətəndaşlara XƏBƏRDARLIQ: Milyardlarla istifadəçinin məlumatları sızdırıldı

Hazırda oxunan: Vətəndaşlara XƏBƏRDARLIQ: Milyardlarla istifadəçinin məlumatları sızdırıldı

256245

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ( XRİTDX ) kiberməkanda genişmiqyaslı məlumat sızması ilə əlaqədar vətəndaşlara xəbərdarlıq edib.

Bu barədə Bizim.Media Dövlət Xidmətinə istinadən xəbər verir.

Bildirilib ki, XRİTDX dünya üzrə kibertəhlükəsizlik sahəsində aparıcı mənbələrin yaydığı məlumata əsasən, bu günlərdə internet mühitində təxminən 16 milyard istifadəçi adı və parolun yer aldığı nəhəng məlumat bazasının qeyri-qanuni şəkildə yayılması faktını xüsusi narahatlıqla qeyd edir.

Mövcud məlumata görə, bu insident kiberməkanda indiyə qədər qeydə alınmış ən böyük məlumat sızmalarından biri hesab olunur.

“Sözügedən məlumat bazasında “Apple”, “Google”, “Facebook”, “GitHub”, “Telegram” kimi geniş istifadəçi bazasına malik platformalarla yanaşı, bir sıra sosial şəbəkələr, VPN xidmətləri və dövlət strukturlarına dair istifadəçi məlumatları da yer alır.
 

Bildirilir ki, bu məlumatlar çoxsaylı zərərverici proqram təminatları (“infostealer”lər) vasitəsilə toplanmış və onların əksəriyyəti ilk dəfə açıq internet mühitində aşkarlanıb.


Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti artan kibertəhdidlərə qarşı etibarlı mühafizənin təşkili və fərdi kibergigiyenanın gücləndirilməsi məqsədilə vətəndaşlara ehtiyatlı olmağı, antiviruslardan istifadə etməyi, kiberhücumlardan qorunmaq üçün göndərilən şübhəli keçidlərə keçməməyi və saxta domenlər barədə məlumatları isə “blacklist.gov.az” platformasına göndərməyi tövsiyə edir” - məlumatda qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO